Əfqanıstanda toyda partlayış olub

02:27 18-08-2019 1315

Əfqanıstanın paytaxtı Kabildə toyda partlayış olub. Bu barədə "Tolonews" nəşri ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Nüsrət Rəhimiyə istinadən məlumat verir.

Hadisə yerli vaxtla saat 22:40-da baş verib. Şahidlərin sözlərinə görə, hadisə vaxtı zal qonaqlarla dolu olub. Mənbə qurbanların sayı haqqında hələlik məlumat vermir.

Qeyd olunur ki, Əfqanıstanda adətən toylarda bir neçə yüz adam iştirak edir.