ABŞ-da təyyarə evin üstünə düşdü

02:54 18-08-2019 1085

ABŞ-ın Pokipsa (Nyu-York ştatı) şəhərinin yaxınlığında göyərtəsində üç nəfər olan kiçik ölçülü “Cessna 303” təyyarəsi şənbə günü yaşayış evinin üstünə düşüb. 

Bu barədə ABC telekanalının yerli filialı ABŞ Federal Aviasiya İdarəsinə (FAİ) istinadən məlumat verib.

Təyyarə ştatın cənub hissəsindəki kiçik hava limanından havaya qalxıb. O, Pokipsa yaxınlığında yerə enməli idi. 

Göyərtədə olan insanların, eləcə də evdə xəsarət alanların taleyi barədə hələlik məlumat daxil olmayıb.

FAİ hadisə ilə bağlı araşdırma aparır.