Ronaldu “Mançester Yunayted”ə qayıdışından sonra ÇL-də ilk qolunu vurdu - VİDEO

21:20 14-09-2021 27

Bir çoxlarının gözləmədiyi halda “Yuventus”dan “Mançester Yunayted”ə keçən Kriştianu Ronaldu yeni komandasının heyətində UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu vurub.

Səfərdə “Yanq Boyz”la qarşılaşan “qırmızı şeytanlar” hücumçunun vurduğu qolla matçın 13-cü dəqiqəsində hesabı açıblar.

Qeyd edək ki, portuqaliyalı son dəfə Premyer Liqa təmsilçisinin heyətində “Barselona”ya qarşı final görüşündə iştirak edib və 2-0 hesablı məğlubiyyətlə üzləşib.