İnsanları üzündən tanıyan və hərarətini ölçən eynək təqdim olundu

04:00 15-09-2021 351

İspaniyalı alimlər “ağıllı” eynək hazırlayıblar.

Kartaxena Politexnik Universitetinin mütəxəssisləri tərəfindən təqdim edilən cihaz bir sıra özəllikləri öz analoqlarından fərqlənir.

Eynək insanları üzündən tanıya bilir. Həmçinin, onun vasitəsilə hərarəti ölçmək mümkündür.

Alimlər tezliklə eynəyin məsafə ölçən kamera ilə də təchiz ediləcəyini bildiriblər. Bununla da, cihaz koronavirusla mübarizədə effekli vasitəyə çevriləcək. Onun köməyilə temperaturu olan şəxslər müəyyənləşdiriləcək və sosial məsafəyə riayət olunmasına nəzarət ediləcək.

Mənbə: TASS