Bakıda müəmmalı bıçaqlanma

12:00 22-06-2019 732

Sabunçu rayonunda 39 yaşlı kişi bıçaqlanıb. 

HerGun.Az bildirir ki, hadisə Vəzirov küçəsində baş verib. 1980-ci il təvəllüdlü Şarov Aleksandr Vladimiroviç yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. 

Yaralı ağır vəziyyətdə 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. A.Şarova qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli 

Elşad Mətləboğlu