Banqladeşdə yanğın 50 min insanı evsiz qoyub

10:54 18-08-2019 486

Banqladeşin paytaxtı Dəkkə şəhərinin Mirpur bölgəsində bir qanunsuz tikilidə başlayan yanğın 50 min adamı evsiz qoyub.

BBC-nin xəbərinə görə, Çalantika məhəlləsində baş verən yanğına görə 15 min ev yararsız hala düşüb.

Bölgədəki evlərin divarlarının plastic materialdan olması yanğını qarşısıalınmaz edib.

Yanğın nəticəsində çox sayda insanın xəsarət alması deyilsə də, hələlik ölənlərlə bağlı xəbər yoxdur.

Yanğın 125 yanğınsöndürən tərəfindən 6 saata söndürülüb.