Türkiyədə ağır yol-nəqliyyat hadisəsi: avtobusla yük maşını toqquşub

11:18 18-08-2019 653

Türkiyədə Bolu dağ ilə Ankara arasındakı şosedə, Düzcə adlanan yerdə sərnişin avtobusu ilə ağır tonnajlı yük avtomobili toqquşub.

Anadolu agentliyi xəbər verir ki, qəzada 37 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır. Yaralananlar xəstəxanalara yerləşdiriliblər. 

Hadisə ilə bağlı istintaq başlayıb.