Xaçmazda qəza baş verib: 5 nəfər yaralı var

16:54 18-08-2019 370

Xaçmazda yol nəqliyyat hadisəsi baş verib.

Oxu.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Qaradağbuduq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford" markalı avtomobillə "Jiquli"nin toqquşması nəticəsində sürücülər İsmayıl Umudov, Nurəddin Niftəliyev və 3 nəfər sərnişin xəsarət alıb.

Yaralılar Xaçmaz Mərkəzi rayon Xəstəxənəsına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Tehran Orucoğlu