Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib

17:36 18-08-2019 924

Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri bildirir ki, hadisə Gədəbəy rayon Düzyurd kəndində qeydə alınıb. “QAZel” markalı yük maşını ilə “VAZ-2106” toqquşması nəticəsində minik avtomobilinin sərnişini 1995-ci il təvəllüdlü Allahverdiyev Bəxtiyar İsmət oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.