FHN əməkdaşları mənzildə meyit tapıblar

18:00 18-08-2019 907

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları mənzildə meyit aşkarlayıblar. 

Nazirliyin mətbuat xidməti bildirir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olub və orada aşkarlanan 1936-cı il təvəllüdlü Rzalı Oktay Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.