Şəkidə yük avtomobillərinin arasında qalan şəxs ölüb

18:27 18-08-2019 664

Şəkidə iki yük avtomobilinin arasında qalan sürücü faciəvi şəkildə ölüb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəkinin Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "QAZel" markalı avtomobilin sükanı arxasında olan Qax sakini avtomobilində yaranmış nasazlığı aradan qaldıra bilməyib.  Buna görə də maşınını "Kamaz"markalı yük avtomobilinə qoşub.

Sürücü qoşqunu açmaq istəyərkən ehtiyatsızlıqdan iki maşının arasında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.