Sabirabadda silah-sursat tapılıb - FOTO

13:40 20-09-2021 340

Sabirabadda sahibsiz silah-sursat aşkarlanıb. 

HerGun.Az xəbər verir ki, söhbət rayonun Güdəcühür kəndi ərazisindən gedir. Yayılan görüntülərdəki silahların kimə məxsus olduğu bilinmir. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. HerGun.Az-ın sorğusuna cavab verən DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov faktı təsdiq edib.

O cavab olaraq bildirib ki, hadisə sentyabr ayının 14-də olub:

“Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sentyabr ayının 14-də rayonun Güdəcühür kəndi ərazisində yerləşən və istismara yararsız olan obyektlərin birindən bir ədəd  “RPQ-71N1” markalı qumbaraatan, bir ədəd “AK-74” markalı avtomat silahı, 2 ədəd patron darağı və 60 ədəd patron tapılmışdır. Faktla bağlı RPŞ-də araşdırmalar aparılır”.

Könül Cəfərli