Azərbaycanda kişi arvadını döyərək öldürdü

09:20 21-09-2021 480

Oğuz rayonunda kişi arvadını döyərək öldürüb. 

HerGun.Az-ın məlumatına görə, 1957-ci il təvəllüdlü Gülgəz Mustaqovanın əri Vaqif Mustaqovla arasında mübahisə yaranıb. 

Daha sonra mübahisə davaya çevrilib və V.Mustaqov arvadını döyüb. 

Xəsarət alan qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Polis və prokurorluq əməkdaşlarının keçirdikləri tədbir nəticəsində V.Mustaqov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət