Fransa qacqınları qəbul edəcək

03:27 19-08-2019 557

Fransanın Daxili İşlər Nazirliyi İspaniyanın “Proactiva Open Arms” qeyri-hökumət təşkilatının gəmisindən 40 miqrantı qəbul etmək niyyətində olduğunu bildirib.

Məlumatı ölkənin DİN rəsmisinə istinadən TASS yayıb.

“Fransa 40 nəfərin yerləşməsi ilə bağlı öhdəliyini yerinə yetirməyə sadiqdir”, - deyə DİN nümayəndəsi bildirib və onu da əlavə edib ki, həmin miqrantların respublika ərazisinə qəbul edilməsi üçün onlar öz qaçqınlıq statuslarını təsdiqləməlidirlər.

Qeyd edək ki, miqrantlara kömək etmək məqsədilə müntəzəm olaraq əməliyyatlar keçirən QHT gəmisi təxminən 15 gün əvvəl Aralıq dənizi sularında qeyri-leqal köçkünlərin böyük hissəsini xilas edib. Onların sayı 130 nəfərə çatıb. Yetkinlik yaşına çatmayan 27 nəfər gəmidən təxliyyə olunaraq, İtaliyanın Lampeduza adasına göndərilib.

Avqustun 15-də İtaliyanın baş naziri Cüzeppe Konte öz açıqlamasında bildirmişdi ki, Avropa Birliyinin altı ölkəsi gəmidə olan miqrantları qəbul etməyə hazırdır. Söhbət Almaniya, İspaniya, Lüksemburq, Portuqaliya, Rumıniya və Fransadan gedir.