Türkiyənin hərbi təyyarələri İraqın şımalında raket zərbəsi endirib

04:27 19-08-2019 1026

Türkiyə İraqın şimalında Metin regionunda PKK terrorçularının obyektlərinə raket zərbəsi endirib.

Anadolu” Milli müdafiə nazirliyinə istinadən xəbər verir ki, zərbə nəticəsində 2 terrorçu məhv edilib.

Aviasiya “Pəncə” antiterror əməliyyatı ilə əlaqədə hərəkət edib.

Türkiyə ordusu mayın 27-dən İraqın şımalında antiterror əməliyyatı keçirir. PKK silahlılarına qarşı aviasiyadan və artilleriyadan da istifadə olunur.