Avropada futbol axşamı: “Yuventus”dan ilk qələbə, “Mançester Yunayted” kubokdan kənarda qaldı

01:40 23-09-2021 415

Bu axşam Avropanın yaşıl meydanlarında müxtəlif turnirlər çərçivəsində maraqlı qarşılaşmalar baş tutub.

İtaliya A seriyasında “Yuventus” nəhayət ki, iki məğlubiyyət və iki heç-heçədən sonra qələbə qazana bilib. Turin klubu “Spesia”nı 3:2 hesabıyla məğlub edib.

Fransa Birinci Liqasında PSJ adrıcıl olaraq ikinci dəfə 90-cı dəqiqədən sonra qələbə qolunu vurmaqla 3 xalı qazanıb. Parislilər səfərdə “Mets”dən üstün olublar – 1:2.

La Liqada turun mərkəzi oyunu turnir cədvəlinin üst pillələrində qərarlaşan “Sevilya” və “Valensiya” arasında keçirilib. Ev sahibi olan “Sevilya” qonaqların qapısında 3 top keçirib. “Valensiya”nın gücü isə onlardan yalnız birinin cavabını qaytarmağa çatıb.

“Qalatasaray” azarkeşlərini qəzəbləndirməkdə davam edir. Bu dəfə “Cim-Bom” Türkiyə Super Liqası çərçivəsində səfərdə “Kayserispor”a 3:0 hesabıyla uduzub.

Əksər ölkələrdə çempionat oyunlarının keçirildiyi bir vaxtda bəzi yerlərdə də kubok və superkubok qarşılaşmaları baş tutub.

İngiltərədə futbol liqası kuboku oyunlarında ən gözlənilməz nəticə Premyer Liqanın builki liderlərindən biri “Mançester Yunayted”in “Vest Hem”ə minimal hesabla məğlub olaraq turniri tərk etməsi olub. “Çelsi” və “Tottenhem”də yalnız penalti seriyaları ilə mərhələ adlayıb.

Ukraynada isə “Şaxtyor” və Kiyev “Dinamo”su arasında keçirilən Super Kubok oyunu paytaxt komandasının 3 cavabsız qolla darmadağın edilməsilə başa çatıb.