Zaqatala sakini Balakənə keçmək istəyərkən çayda boğuldu

12:00 23-09-2021 227

Zaqatala sakini Katex çayında boğulub.

Məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Mazıx kənd inzibati ərazisində baş verib.

Belə ki, 1968-ci il təvəllüdlü Zaqatala rayonu Qəbizdərə kənd sakini Abdulbari Müslüm oğlu Abdulxalıqov ərazidən axan Katex çayını keçməklə Balakən rayonunun Katex kəndi ərazisinə getmək istəyib.

Bu zaman Abdulbari Abdulxalıqov suda boğularaq ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 22-si axşam saatlarından bölgədə qeyri-sabit hava şəraiti hökm sürüb, Balakən və Zaqatala rayonlarına leysan yağıb. Katex çayında suyun səviyyəsi çoxalıb, çayda gecə saatlarında qısamüddətli sel keçib.

Mənbə: APA