İslandiyada qlobal istiləşmə “qurbanına” xatirə lövhəsi açıldı

07:45 19-08-2019 1114

İslandiyada qədim Okiyoküdl buzlaqına xatirə lövhəsi açılıb.

Layf” xəbər verir ki, lövhədə ingilis və island dillərində gələcək nəsillərə müraciyət yazılıb.

Lövhə iqlim dəyişikləri ilə mübarizəyə çağırır.

“Bizim bunun bacarıb-bacarmadığımızı tək siz biləcəksiz”, - müraciyət belə yekunlaşır.

100 il bundan əvvəl Okiyoküdl buzlağı sahəsi 16 kvadrat kilometr, eni isə 50 metr olub. Qlobal istiləşməyə məruz qalan buzlağın sahəsi hazırda 1 kvadrat kilometr, eni isə 15 metrə qədər azalıb.