Xarkov tank zavodu bağlana bilər

08:27 19-08-2019 1822

Məşhur Xarkov tank zavodu ciddi problemlərlə üzləşib.

“Ukroboronprom” xəbər verir ki, Ukrayna Müdafiə nazirliyi zavoda 82 milyon qrivna (7 milyon manat) dəyərində cərimə tətbiq edib.

Tank zavodu BTR-4 zirehli maşınlarının yığılması barədə müqaviləni pozub. Nazirlik maşınları təhvil almaqdan imtina edib.

Müqavilənin pozulması zavodun bağlanmasına gətirib çıxara bilər. Qeyd ediliri ki, artıq mindən çox işci ikigünlük iş rejiminə keçirilib.

Əgər müəssisə ləğv olunarsa bu Ukrayna hərbi-sənaye kompleksi üçün böyük itki olacaq. Zavod bir çox zirehli texnikanı istehsal edib, o cümlədən məşhur sovet T-34 tanklarını.