Yaponiya kosmosa digər peykləri məhv edən qurğular göndərəcək

08:54 19-08-2019 1087

Yaponiya höküməti digər ölkələrin peyklərini sıradan çıxaran kosmik qurğular istehsal etmək niyyətindədir.

RİA Novosti” xəbər verir ki, bu haqda rəsmi qərar gələn il veriləcək, peyklərin buraxılışı isə bir necə ildən sonra nəzərdə tutulub.

Kəşfiyyat peyklərinə malik olan Yaponiya onların digər ölkələrin peyklərindən müdafiə olunmasını düşünür.

“Terminator-peyk”lərin buraxılmasını Çində digər peykləri məhv edən kosmik qurğuların tədqiqatına cavab addm kimi qiymətləndirmək olar.