Müğənni Mətanət falçı ilə görüntülərindən danışdı - VİDEO

12:45 19-08-2019 1029

Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi tanınan Molla Məmmədsəfanın yanında olub.

Baku.ws-in əldə etdiyi görüntülərdə Məmmədsəfa döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədova isə onun ayaq hissəsində bardaş quraraq oturub. 

Sosial şəbəkələrdə səs-küyə və müzakirələrə yol açan bu görüntülər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı HerGun.Az-ın əməkdaşı M.Əsədova ilə əlaqə yaradıb. Müğənni yayılan görüntülərə bu cür şərh verib:

"Bu mənim şəxsi həyatım və şəxsi işlərimdir. Heç kimə dəxli yoxdur. Özüm bilərəm. Bu barədə bir də danışmaq istəmirəm".

Rəşad Əliyev