Kabil Universitetinin yeni rektoru qadınların universitetdə oxumasını qadağan etdi

06:20 29-09-2021 417

Əfqanıstanda “Taliban” tərəfindən təyin olunan Kabil Universitetinin yeni rektoru Məhəmməd Əşrəf Hаyrat qadınların universitetdə oxumasını və müəllimlik etməsini qadağan edib.

O bu qərarı İslam qanunlarına əsaslanaraq verdiyini deyib.

“Hər kəs üçün əsl İslam mühiti yaradılana qədər qadınların universitetlərə girməsinə və işləməsinə icazə verilməyəcək. İslam hər şeydən üstündür”, - deyə o bildirib.

Mənbə: News.ru