Milli Məclisdə təklif: “Zəngəzur günü” təsis edilsin

12:40 30-09-2021 369

Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə 7 iyul tarixi ilə bağlı təklif verib. 

HerGun.Az-ın məlumatına əsasən, A.Mirzəzadə qeyd edib ki, Azərbaycanda 7 iyul “Zəngəzur günü” kimi elan olunsun.

“1923-cü ilin iyulun 7-də Azərbaycanda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 2021-ci ilin iyulun 7-də isə Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Bu, tarixi ədalətin bərpası idi”, - deyə A.Mirzəzadə əlavə edib.

Aqşin Kərimov