Bakı sakini naməlum şəxslərin hücumuna məruz qaldı

17:27 16-05-2019 11

Ötən gün paytaxt sakini 3-4 nəfərin hücumuna məruz qalıb.

HerGun.Az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Xətai rayonu, Sarayeva küçəsi 13 ünvanında baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Cavad Mamed oğlu Hüseynov 3-4 nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər onun qarşısını kəsərək arxa cibində olan “Xiaomi” markalı mobil telefonu götürərək qaçıblar.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli