BDU-nun dosenti vəfat etdi - FOTO

15:00 30-09-2021 367

Bakı Dövlət Universitetinin (BDU) dosenti vəfat edib.

Bu barədə BDU məlumat yayıb. 

Bildirilib ki, universitetin Biologiya fakültəsinin Biofizika və biokimya kafedrası dosenti, biologiya elmləri namizədi Qafar İslam oğlu Əlizadə vəfat edib.

67 yaşında dünyasını dəyişən Q.Əlizadə 1971-1976-cı illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb. 1989-cu ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

Hüceyrə biofizikası və biotexnologiyası - ətraf mühit amillərinin müxtəlif diapazonlu elektromaqnit şüaları və ozonun ardıcıl qarşılıqlı təsirinə qarşı birhüceyrəli sistemlərin davamlılığı və biotexnologiyanın fotobioenergetik problemləri istiqamətində tədqiqat işi aparıb.