Evinin qarşısında əyləşən qadın bəbirin hücumuna məruz qaldı - VİDEO

05:00 01-10-2021 365

Hindistanın Mumbay şəhərində yaşlı qadın bəbirin hücumuna məruz qalıb.

Hadisə qadının evinin qarşısında baş verib və anbaan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Lakin qadın özünü itirməyib və əlində olan əsa ilə vəhşi heyvanın hücumunun qarşısını almağa çalışıb.

Nəticədə bəbir bir neçə saniyə sonra qaçaraq gözdən itib.

Yaşlı qadın üz, qol, kürək və ayaq nahiyəsinən kiçik cızıqlarla hadisəni adlada bilib.

Mənbə: “The Sun”