Yaponiyada təyyarə və qatar səfərləri ləğv edildi

08:20 02-10-2021 311

Sakit Okeanda yaranan və həftə içi Şərqi Çin dənizinə doğru hərəkət edən “Mindulle” tayfunu Yaponiyanın Honsu adasının cənubunda təsirli olmağa başlayıb.

Haneda hava limanında 120-dən çox uçuş, Çiba və İbaraki prefekturalarında qatar səfərləri qasırğa səbəbindən ləğv edilib.

Hündürlüyü 11 metrə çatan dalğalar Kanto bölgəsinin cənub-şərqindəki İzu adasının sahillərinə çırpılır, bölgə əhalisindən torpaq sürüşmələrinə və çay sellərinə qarşı ayıq-sayıq olmaları istənilib.

Yaponiya Meteorologiya Agentliyi bildirib ki, Honsunun şimalına doğru gedəcək tayfunun saatda 100 kilometr sürətlə əsən küləyi Tokio və ətraf əyalətlərə təsirini davam edəcək.

Mənbə: “Anadolu” agentliyi