Azərbaycanda COVID-19-dan ölən şəxsin dişləri oğurlandı

09:40 02-10-2021 603

Gəncədə ölmüş şəxsin dişləri oğurlanıb.

HerGun.Az-ın məlumatına görə, COVID-19 xəstəliyindən vəfat edən Təhməz Kərimovun ağzındakı 500 manatlıq qızıl protez dişləri yoxa çıxıb.

Hadisədən sonra T.Kərimovun oğlu Ramin Kərimov hüquq-mühafizə orqanlarına şikayət edib.

Hazırda faktla bağlı araşdırma aparılır.