“İdman TV”nin müxbiri canlı yayım zamanı çətin anla üzləşdi - VİDEO

11:00 02-10-2021 527

“İdman TV”nin canlı yayımı zamanı maraqlı an yaşanıb.

HerGun.Az-ın xəbərinə görə, telekanalın yeni müxbiri İbrahim Məmmədli Bakı İdman Sarayından “İdman Xəbər”in efirinə canlı bağlantı zamanı çətin durumla üzləşib.

Belə ki, telekanalın əməkdaşı futzal üzrə ölkə çempionatında yeni mövsümə start verilməsi ilə bağlı danışıb. O, danışarkən yan xətt hakiminin sahəsinə çıxıb.

Həmin vaxt turun ilk görüşü olan “Neftçi” – “Ekol” matçının yan xətt hakimi müxbirə çırpılıb.

Gənc müxbir isə “Canlı bağlantılar zamanı belə hallar olur” deyərək vəziyyətdən çıxmağa çalışıb.

Səbuhi Musayev