Yaponiyanın 100-cü baş naziri seçildi

08:40 05-10-2021 318

Yaponiya parlamentinin aşağı palatası böyük səsçoxluğu ilə hakim Liberal-demokrat Partiyasının rəhbəri Fumio Kisidanı ölkənin baş naziri seçib.

Beləliklə, Fumio Kisida Yaponiyanın 100-cü baş naziri olub.

Qeyd edək ki, keçmiş baş nazir Yosihide Suqanın sentyabrın əvvəlində hakim partiyanın sədri vəzifəsinə namizədliyini irəli sürməyəcəyi açıqlanmışdı.

Mənbə: TASS