Türkiyədə nazir müavini qəzada öldü

19:27 19-08-2019 1015

Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini qəzada ölüb.

"Hürriyyet" xəbər verir ki, 1071-ci ildə baş tutmuş Malazgirt döyüşündəki zəfərin 948-ci ili ilə əlaqədar keçirilən tədbirdə iştirak etdikdən sonra Van şəhərinin Erciş qəsəbəsinə gedən professor Haluk Dursun yol qəzasında dünyasını dəyişib.

Qəzada avtomobilin sürücüsü və nazirin yanında olan iki nəfər ağır yaralanıb. H.Dursun isə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Qeyd edək ki, türkoloaq, tarixçi, professor Haluk Dursun 2018-ci ildən Mədəniyyət nazirinin müavini vəzifəsini icra edib.

Haluk Dursun İstanbulun məşhur Topqapı Muzeyinin də direktoru vəzifəsində çalışıb.