“Təzə bazar”dakı siçovullar evlərə basqın edir - VİDEO

18:00 05-10-2021 285

Nəsimi rayonunda “Təzə bazar”ın ərazisindəki siçan və siçovullar yaxınlıqdakı evlərə hücum çəkir. 

Sakinlərin sözlərinə görə, buna səbəb bazarın fəaliyyətini dayandırması ilə gəmiricilər üçün əlverişli qida mühitinin olmamasıdır. 

“Təzə bazar”ın menceri Fuad İbrahimov ərazidəki bütün tullantıların daşındığını və hazırda orada gəmiricilərin artmasına səbəb ola biləcək tullantıların olmadığını deyib. 

Məsələ ilə bağlı Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Nizami Mayılov bildirib ki, quruma mövcud problemlə əlaqədar rəsmi müraciət daxil olmayıb. Vətəndaşların müraciətindən sonra məsələ araşdırılaraq, müvafiq köməklik göstəriləcək.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: