Tovuzda "Mercedes" aşdı: yaralılar var - FOTO

00:18 20-08-2019 1038

Tovuzda yol qəzası baş verib.

HerGun.Az xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Namsızlı Nəbi Sultan oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb.

Nəticədə maşında olan sürücü və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyərləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb, qəzanın səbəbləri dəqiqləşdirilir.