Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb - FOTO

17:40 07-10-2021 395

İsveçin paytaxtı Stokholmda 2021-ci il ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb.

Mükafat Böyük Britaniyada yaşayan və işləyən tanzaniyalı yazıçı Abdulrazak Gurnaya təqdim edilib.

O, mədəniyyətlər və qitələr arasındakı uçurumda müstəmləkəçiliyin təsirlərinə, mühacirlərin taleyinə barışmaz və şəfqətli münasibətinə görə bu mükafata layiq görülüb.