Abşeronda qəza: dörd nəfər yaralandı

01:36 20-08-2019 563

Abşeron rayonunda yol qəzasında dörd nəfər yaralanıb.

HerGun.Az xəbər verir ki, minik avtomobilinin qəzaya uğraması zamanı avtomobildə olan dörd nəfər - 1982-ci il təvəllüdlü Məmmədov Samir Ali oğlu, 1992-ci il təvəllüdlü Rəhimov İntiqam Məhərrəm oğlu, 1992-ci il təvəllüdlü Aslanov Samir Aslan oğlu və 1987-ci il təvəllüdlü Babayev Babək Nazim oğlu yaralanıblar.

Xəsarət alan şəxslər təcili olaraq xəstəxanaya çatdırılıb.

S.Məmmədova döş qəfəsinin və qarının küt travması, İ.Rəhimova boyunun əzilməsi, S.Aslanova qarının küt travması, B.Babayevə döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli