ABŞ-da timsah ovçunun əlini dişlədi

02:00 20-08-2019 979

ABŞ-ın Florida ştatında timsah ovçunun əlini dişləyib.

"Lenta.ru" xəbər verir ki, hadisə ştatdakı göllərdən birində baş verib.

Ovçu iki yoldaşı ilə birlikdə timsahı tutub, bağlayıb və onu qayığa yükləməyə çalışıb.

Amma halından heç də məmnun olmayan vəhşi ovçunun əlini dişləyib.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları zərərçəkmişin əlini sarıyıblar. Xəstəxanaya aparılan ovçunun həyatı üçün ciddi təhlükə yoxdur.

ABŞ-da timsah ovu mövsümü avqustun 15-dən başladığına görə hüquq-mühafizə orqanları ovçular haqqında hər hansı tədbir görməyiblər.