Tramp Qrenlandiyadan incidi - FOTO

06:45 20-08-2019 518

ABŞ prezidenti Donald Tramp Qrenlandiyada öz göydələnlərini tikməyəcəyini bildirib.

Bu haqda o, “Twitter" səhifəsində yazaraq müvafiq fotokollaj da əlavə edib.

Şəkldə balaca balıqçı evlərinin yanında “Trump Tower” göydələni əks olunub.

“Söz verirəm ki, bunu Qrenlandiyada etməyəcəyəm”, - şəklin altından bu sözlər yazılıb.