Türkiyəli həkimlər hovuzda boğulan rusiyalı qızı həyata qaytarmaq üçün səy göstərir

07:27 20-08-2019 846

12 yaşlı rusiyalı turist Türkiyədə istirahəti zamanı əlini əzib və hovuzda boğulub.

Fontanka.ru” xəbər verir ki, hadisə Bodrumda “Sunhill” hotelində baş verib.

Qız hovuzda çəmərkən nasosun borusu onun əlini sovurub. Qızın atası və hadisə şahidləri borunu qıraraq qızı hilas edib. Lakin o vaxta qədər yeniyetmə suda boğulub və komaya düşüb.

Zərər çəkənin anası bildirib ki, hazırda onlar ailə ilə birlikdə Dənizli şəhərinin xəstəxanasındadırlar. Həkimlər 2 gün ərzində qızın ürəyini 5 dəfə işə salmağa cəhd ediblər. Bildirilir ki, türkiyəli həkimlər qızı hilas etmək üçün səylərini davam etdirirlər.