Almaniyada svastikaya bənzəyən karuseli bağladılar - VİDEO

07:45 20-08-2019 728

Almaniyanın Leffingen şəhərində ucaldılmış 23 metrlik “Qartal uçuşu” karuselini svastikaya bənzədiyinə görə bağladılar.

SWR teleradio şirkəti karuselin iyulun əvvəlində açıldığını bildirir.

O zaman karusel qanadlarının svastikaya bənzədiyinə heç kim fikir verməyib. Artıq avqustda onun Almaniyada qadağan olunmuş işarəyə oxşadığından şikayətləniblər.

Əyləncə parkınin işçiləri oxşarlığı əvvəlcədən görmədikləri üçün üzr istəyiblər. Hazırda karuselin yeni dizaynı işlənilir.