Rui Koşta bir zamanlar formasını geyindiyi klubun prezidenti oldu

07:20 11-10-2021 466

Portuqaliya milli komandasının sabiq futbolçusu Rui Koşta “Benfika” klubunun prezidenti seçilib.

49 yaşlı Rui Koşta seçkidə 84,45 faiz səs toplayaraq, “Benfika”nın sayca 34-cü prezidenti olub.

Keçmiş futbolçu 2008-ci ildə karyerasını başı vurandan sonra “Benfika” klubunun idman direktoru vəzifəsinə təyin edilmişdi.

Qeyd edək ki, R.Koşta vaxtı ilə “Benfika”nın aparıcı futbolçularından biri olub.

Mənbə: Slbenfica.pt