Paytaxtda 70 yaşlı qoca yol qəzasında xəsarət aldı

10:20 11-10-2021 366

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1951-ci il təvəllüdlü Hüseynov Həşim Saleh oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.