Bakıda beş nəfərə qarşı dələduzluq edən şəxs tutuldu
13:40 11-10-2021 562
Bakı şəhər sakini beş nəfərə qarşı dələduzluq edib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri olan 5 nəfərin ümumilikdə 4 000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini T.Sadıqlı saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.