Dünya çempionatına gedəcək samboçular bilindi: 2 idmançı son anda heyətdən çıxarıldı

14:00 11-10-2021 450

14-18 oktyabr tarixlərində Yunanıstanın Saloniki şəhərində yeniyetmə və gənc samboçular arasında dünya çempionatı keçiriləcək.

HerGun.Az-ın xəbərinə görə, komandamızın 12 idmançısı (7 yeniyetmə və 5 gənclər) və 1 məşqçisi sabah axşam saatlarında Elladaya yola düşəcək. 

Millimizin heyətini təqdim edirik:

Yeniyetmələr: Sahib Babayev (-53 kq), Əli Hacıyev (-58 kq), Rəvan Novruzov (-64 kq), Kərəm Babazadə (-71 kq), Camal Baqişov (-79 kq), Rəsul Aydəmirov (-98 kq), Məhəmməd Məmmədzadə (+98 kq)

Gənclər: Nicat Məmmədli (-58 kq), Elvin Bağırov (-64 kq), Kamran Qasımov (-71 kq), Adil Adilzadə (-88 kq), Toğrul Salmanov (+98 kq)

Qeyd edək ki, Şöhrət Lətifzadə yüksək hərarəti olduğu üçün, Fərid Niyazov isə pasport probleminə görə son anda heyətdən çıxarılıb. Həmçinin, komandanı ötən ay Kazanda keçirilmiş MDB Oyunlarında olduğu kimi böyüklərdən ibarət millimizin yeni baş məşqçisi Vahid Tarverdiyev dünya çempionatına aparacaq. Yeniyetmə və gənclər millisinə avqustda baş məşqçi təyin olunmuş Rüfət İsmayılovun da xəstə olduğu bildirilir.

Səbuhi Musayev