Türkiyədə meşə yanğınları bitmək bilmir - VİDEO

23:20 11-10-2021 389

Türkiyədə aylardır davam edən meşə yanğınları bitmək bilmir.

Bu gün daha bir yanğın Hatay bölgəsinin Altınözü rayonunda baş verib.

Naməlum səbəbdən başlayan yanğının söndürülməsi məqsədilə əraziyə çox sayda canlı qüvvə və texnika cəlb olunub.

Yanğının lokallaşdırılması üzrə işlər davam etdirilir.

Mənbə: TRT