Braziliya prezidenti ölkə çempionatının matçına buraxılmadı - VİDEO

02:00 12-10-2021 506

Braziliya prezidenti Jair Bolsonaro ölkə çempionatının 25-ci turunun “Santos” – “Qremio” matçına (1:0) buraxılmayıb. Buna səbəb kimi onun koronavirusa qarşı peyvənd vurdurmaması göstərilib.

“Santos”un oyununu izləmək istəyirdim, amma mənə peyvənd edilməli olduğumu söylədilər. Nə üçün? Peyvənd edilənlərdən daha çox anticismim var”, - deyə Bolsonaro narazılıqla bildirib.

Yeri gəlmişkən, oyun 1:0 hesabı ilə “Santos”un xeyrinə bitib. Beləliklə “Santos” 26 xalla 16-cı yerdə qərarlaşıb. “Qremio” isə 23 xalla 19-cu yerdədir.

Qeyd edək ki, ötən ay BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka yollanan Bolsonaru eyni səbəbdən restorana .

Mənbə: “Globo”