Qırğızıstan hökuməti tam tərkibdə istefaya göndərildi

15:40 12-10-2021 365

Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Nazirlər Kabinetinin rəhbəri Ulukbek Maripov başda olmaqla hökuməti tam tərkibdə istefaya göndərib.

Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Həmçinin S.Japarov prezident administrasiyasının rəhbəri və baş nazir postlarına Akılbek Japarovun namizədliyini ölkə parlamentinə təklif edib.

Akılbek Japarov daha əvvəl İqtisadiyyat Nazirliyinə rəhbərlik edib.

Qırğız Respublikasının yeni konstitusiyasına əsasən prezident administrasiyasının rəhbəri eyni zamanda hökumətə də rəhbərlik edir.

Mənbə: TASS