“Taliban” “Corc Buş” bazaranın adını dəyişdirdi - FOTO

03:40 14-10-2021 417

Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı paytaxt Kabildə ABŞ-ın keçmiş prezidenti Corc Buşun ismini daşıyan bazarın adını başqa sözlə əvəz edib. 

Satıcıların bildirdiyinə görə, bazarın girişində olan böyük lövhə dəyişdirilib və əvəzində üzərində “Mücahidlər” yazılan yeni lövhə quraşdırılıb.

Qeyd olunur ki, sözügedən bazar 2001-ci ildə ABŞ-ın Əfqanıstana hərbi təcavüzündən sonra açılıb və ABŞ prezidenti Corc Buşun adını daşıyırdı.

Mənbə: “Sputnik” Əfqanıstan