İlqar Qurbanov Sumqayıtda özünə iş tapdı

12:18 20-08-2019 1939

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçu ilə anlaşıb.

HerGun.Az xəbər verir ki, son mövsümü "Qəbələ"də keçirmiş İlqar Qurbanov bu komanda ilə bir illik müqavilə imzalayıb.

İ.Qurbanov "Sumqayıt" FK-da "50" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Türkiyənin "Fənərbağça" komandasının yetirməsi olan İ.Qurbanov peşəkar karyerası ərzində "Qəbələ" ilə yanaşı (29 oyun), "Xəzər Lənkəran" (56 oyun, 6 qol), "Sivasspor" (11 oyun, 1 qol), "Boluspor" (19 oyun, 3 qol), "Olimpik Şüvəlan" (23 oyun, 2 qol), "Mersin İdman Yurdu" (7 oyun) və "Qarabağ"ın (109 oyun, 4 qol) uğurları üçün çalışıb.

2006-cı ildən Azərbaycan millisinin şərəfini qorumuş İlqar yığmanın heyətində 16 qarşılaşmada meydanda olub.