Yalnız ağrı hiss edəndə hamilə olduğunu bildi, üçəm dünyaya gətirdi

13:09 20-08-2019 1277

ABŞ-ın Cənubi Dakota ştatının Stercis şəhərinin sakini yalnız doğuş ağrıları başladıqda üçəmə hamilə olduğunu öyrənib.

Bu barədə  KOTA-TV informasiya portalı məlumat yayıb.

Avqustun 10-da Dannet Qilts qarın nahiyəsində kəskin ağrılar hiss edib. O, böyrəklərində daş olduğunu düşünərək xəstəxanaya yollanıb.

"Elə bildim ki, böyrəklərimdə daş var, çünki bu hal daha öncə də təkrarlanıb", - deyə o, jurnalistlərə danışıb.

Həkimlər qadını müayinə etdikdən sonra onun əkizlərə hamilə olduğunu deyiblər. Lakin doğuş zamanı iki yox, üç uşaq dünyaya gəlib: bir oğlan, iki qız. Valideynləri onların adını Bleyz, Cipsi və Nikki qoyublar. Körpənin hərəsi 1,8 kq çəkidə olub.

"Təbii mayalanma ilə doğulan üçəm görməmişdik. Ananın 34-cü həftəyədək bunu hiss etməməsindən isə heç danışmıram. Hamı şokdadır, elə biz də", - D.Qilts etiraf edib.

12 il öncə ailə quran Dannet və həyat yoldaşının daha iki övladı var.

Xatırladaq ki, iyulun sonunda səkkizinci uşağına hamilə olduğunu doğuşdan bir neçə dəqiqə öncə xəbər tutan britaniyalı qadın barədə məlumat yayılmışdı. O xanım da böyrəklərində daş olduğunu düşünərək həkim çağırıb. Həkimlər onu təcili xəstəxanaya çatdırıblar. Burada qadın sağlam övlad dünyaya gətirib.