Azərbaycan Avropa Oyunlarında ilk medalını qazandı

17:45 22-06-2019 893

Azərbaycan II Avropa Oyunlarında ilk medalını qazanıb.

HerGun.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı cütlüyü akrobatika gimnastikasında toplamda 28,830 xal toplayaraq gümüş medala layiq görülüb.

Dinamik təmrinlərdə bu medalı qazanan cütlük bu gün daha bir yarışda – balans təmrinlərdə çıxış edəcək.

Səbuhi MUSAYEV